Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl və gümüş medal qazanan Azərbaycanın para-atleti Lamiyə Vəliyeva Bakıdakı qarşılanma zamanı jurnalistlərə açıqlama verib.

 Offsideplus.az-ın məlumatına görə, 19 yaşlı idmançı xoşbəxt olduğunu bildirib: "Çox xoşbəxtəm. Fəxr edirəm ki, Azərbaycanı layiqincə təmsil etdim və bayrağımızı yüksəklərə qaldırdım. Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlığımı bildirirəm ki, bizə bu cür şərait yaradıblar və qayğı göstəriblər. Bu, hələ son deyil. Biz Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarına güclü şəkildə hazırlaşacağıq. Ümid edirəm ki, yenidən belə qələbələrlə Vətənə qayıdacağıq. Tokioda çempion olacağıma və paralimpiya rekord qıracağıma inanmırdım. Bu il həqiqətən çox əziyyət çəkdim. Allah məni bu çempionluğa layiq gördü. Növbəti paralimpaidada əsas məqsədim dünya rekordu qırmaq olacaq. Bu səbədən ciddi şəkildə hazırlaşacağam".

Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib. // "Report"