Prezident İlham Əliyev "Tokio-2020"də medal qazanan paralimpiyaçılarımızı təbrik edib.

Offsideplus.az xəbər verir ki, dövlət başçısı bununla bağlı şəxsi tvitter hesabında paylaşım edib.

"İkinci dəfə qızıl medalı ilə bizi sevindirən Raman Salehi, gümüş medal qazanmış Lamiyə Vəliyevanı və bürünc medal mükafatçısı Səid Nəcəfzadəni ürəkdən təbrik edirəm!", - təbrikdə deyilir.