Tokio-2020 Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil etməli olan Aynur Məmmədova yarışlardan kənarlaşdırılıb.

Offsideplus.az "Oxu.az"a istinadən xəbər verir ki, buna paratekvandoçumuzun koronavirusa yoluxması səbəb olub. COVID-19 testi müsbət nəticə verən A.Məmmədova sentyabrın 4-də tatamiyə çıxa bilməyəcək.

Qeyd edək ki, daha əvvəl cüdoçumuz Ramil Qasımovun koronavirus testi pozitiv çıxdığından, güləşə bilməmişdi.