Futbol üzrə Meksika millisi Tokio-2020 Yay Olimpiya oyunlarında bürünc medal qazanıb.
Offsideplus.az xəbər verir ki, şimali amerikalılar 3-cü yer uğrunda görüşdə Yaponiya seçməsini 3:1 hesabı ilə məğlub edib.
Meksikalıların heyətində qolları 13-cü dəqiqədə Sebastyan Kordova, 22-ci dəqiqədə Xoan Vaskes və 58-ci dəqiqədə Aleksis Veqa vurublar. Yaponiyanın yeganə qoluna isə 78-ci dəqiqədə Kaoru Mitoma imza atıb.
Qızıl medal urğunda qarşılaşma avqustun 7-də Braziliya ilə İspaniya kollektviləri arasında olacaq. Oyun Bakı vaxtı ilə saat 15.30-da başlayacaq.
Qeyd edək ki, Meksika millisi 2012-ci il London olimpiadasında Braziliya yığmasına 2:1 hesabı ilə qalib gələrək, olimpiya çempionu olub.