Beynəlxalq Olimpiya Komitəsi belaruslu məşqçilər Yuri Moyiseyeviç və Artur Şumakın akreditasiyasını ləğv edərək, onları Olimpiya Kəndindən kənarlaşdırıb.
Offsideplus.az xəbər verir ki, buna səbəb kimi atlet Kristina Timanovskaya ilə bağlı qalmaqal göstərilib.
Timanovskaya ixtisaslaşmadığı estafet qaçışına qoyulmasına etiraz əlaməti kimi yığma rəhbərliyini tənqid edib. Əvəzində Belarus Milli Olimpiya Komitəsi onu iştirak ərizəsindən çıxarıb və özünün razılığı olmadan Tokiodan Minskə deportasiya etməyə çalışıb.
Ölkəsində həbs olunacağından qorxan idmançı hava limanında Yaponiya polisindən kömək istəyib. Belarusa qayıtmayan atlet sonradan humanitar viza alaraq, Polşanın paytaxtı Varşavaya uçub.
Beynəlxalq Olimpiya Komitəsi Şumak və Moyiseyeviçə öz mövqelərini bildirmək imkanının gələcəkdə veriləcəyini açıqlayıb.