Tokyo-2020 Yay Olimpiya Oyunlarının yarımfinalında futbol üzrə İspaniya millisi Yaponiya yığması ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, oyunun əsas vaxtı qolsuz heç-heçə ilə başa çatıb. Əlavə edilən vaxtın 115-ci dəqiqəsində Marko Asensionun qolu ispanları finala yüksəldib.

Qeyd edək ki, 7 avqust tarixində baş tutacaq finalda Braziliya millisi İspaniya ilə üzləşəcək.

Asensionun imza atdığı qolu təqdim edirik: