Tokyo-2020 Yay Olimpiya Oyunlarının yarımfinalında futbol üzrə Braziliya millisi Meksika yığması ilə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan oyunun qalibi penaltilər seriyasında müəyyənləşib. 4:1 hesabı ilə Meksika kollektivinə qalib gələn "sambaçılar" adını finala yazdırıb. 

7 avqust tarixində baş tutacaq finalda Braziliya millisi İspaniya ilə üzləşəcək.

Oyunun icmalını təqdim edirik: