"Real Sosyedad"da çıxış edən Martin Odeqard karyerasını İtaliyada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, müqavilə ilə "Real"a məxsus olan norveçli futbolçu ilə "Milan" yaxından maraqlanır.

Məlumatı "Tuttosport" nəşri yayıb. Xəbərə görə, "rossoneri"lərin yayda əsas transfer hədəfi Martin Odeqard olacaq.

Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm 28 qarşılaşmada 7 qol vurub.