Münhen "Bavariya"sı növbəti mövsüm üçün heyətini gücləndirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Mançester Siti"dən Leroy Sane və Leverkuzen "Bayer"indən Kay Havertzi transfer etməyə çalışacaq.
Bu barədə "Bavariya"nın sabiq prezidenti Uli Höneb məlumat verib:
"Bavariya" klubu yeni dövr heyətini qurmaq üçün, Leroy Sane və Kai Havertzi heyətə qatmağa çalışacaq".