“Sumqayıt” futbol klubu qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək.

Bu barədə klubun mətbuat katibi Zaur Xudiyev Offsideplus.az saytına açıqlamasında deyib.


O bildirib ki, toplanışın dəqiq günləri və rəqiblərin adları hələlik məlum deyil. 


Qeyd edək ki, “kimyaçılar” təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyunu keçirəcək.