"Neftçi" Azərbaycan Kuboku tarixində ilk dəfə 1/4 finalda iştirak etməyəcək.

Offsideplus.az xəbər verir ki, 1992-ci ildən keçirilən turnirdə "ağ-qaralar" bütün mövsümlərdə son 8 komanda arasına qalmağı bacarmışdı.

"Zirə"yə məğlub olan "flaqman"ın seriyası bu il başa çatıb.

“Neftçi” kubokda həm bütün mövsümlərdə iştirak edən, həm də daim 1/4 finalda olan yeganə komanda idi.

Qeyd edək ki, “səkkizlik”də iştirak sayında 2-ci olan “Qarabağ” 26, 3-cü olan “Şamaxı” 19 dəfə bu mərhələdə iştirak edib.