Misli Premyer Liqasında XII tura bu gün start verilib.

Offsideplus.az xəbər verir ki, günün ilk matçında "Karvan-Yevlax" "Kəpəz"lə üz-üzə gəlib.

Yevlax təmsilçisi cari mövsüm ilk dəfə öz doğma meydanında rəqibini qəbul edib.

Bu qarşılaşma aşağı pillələr üçün böyük önəm kəsb edirdi.

Gəncə klubu vacib matçda 2:1 hesablı qələbə qazanıb.

Beləliklə, bu qalibiyyət ilə "Kəpəz" sonuncu pilləni tərk edib. "Karvan-Yevlax" isə 12-ci yerin yeni sahibi olub.

Misli Premyer Liqası

II dövrə, XII tur

21 noyabr (cümə)

14:00. "Karvan-Yevlax" - "Kəpəz" 1:2 (ikinci hissə)

Qollar: Araz Abdullayev, 32 - Luis Paçu, 14, Rauf Hüseynli, 77 (penalti)

“Karvan-Yevlax”: 1. Kamran İbrahimov 7. Araz Abdullayev (k) 32. Elvin Yunuszadə 6. Vadim Abdullayev 33. Eltun Turabov 13. Vüsal Məsimov 2. Şakil Sno 11. Kayl Spens 19. Tompson Qavi 8. Peter Kings 21. İmani Barker

Baş məşqçi: Azər Həşimov

“Kəpəz”: 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 88. Şakir Seyidov 17. Ümid Səmədov 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 10. Ryonosuke Ohori 6. Pedro Qomeş

Baş məşqçi: Azər Bağırov

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.

VAR: Rəşad Əhmədov.

AVAR: Namik Hüseynov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: İlham Əliyev.

Yevlax şəhər stadionu