Misli Premyer Liqasının XII turunda baş tutacaq olan "Karvan-Yevlax" - "Kəpəz" oyununun baş hakimi dəyişdirilib.

Offsideplus.az xəbər verir ki, Elçin Məsiyev zədələndiyi üçün onun yerinə görüşün baş hakimi Rauf Cabarov olacaq.

Elçin Məsiyev həmin qarşılaşmanın VAR hakimi funksiyasını yerinə yetirəcək.

"Araz-Naxçıvan" - "Turan Tovuz" oyununda isə Rauf Cabarovun yerinə Rəşad Əhmədov VAR hakimliyini edəcək.