"Kəpəz" klubu növbəti transferini rəsmiləşdirib.

Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi Şahmur Aşurovu heyətinə cəlb edib. Onunla cari mövsümün sonuna kimi müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı Ş. Aşurov son olaraq "Zirə"nin formasını geyinib.