"Sumqayıt" ötən gün səfərdə "Sabah"la 1:1 hesablı heç-heçə oynayıb.

Offsideplus.az xəbər verir ki, "kimyaçılar"ın yeganə qolunu Rüstəm Əhmədzadə vurub. Bu qol onların Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü səfər qolu olub.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

"Sumqayıt" bu rəqəmə 221 matçda çatıb. Onlar Azərbaycan çempionatlarında bunu bacaran 9-cu klub olub.

Qeyd edək ki, Sumqayıtın eyniadlı təmsilçisinin Premyer Liqada, həm də səfərdəki ilk qolunun müəllifi Eşqin Quliyev olub. O, 2011-ci il avqustun 6-da “Xəzər Lənkəran”la səfər qarşılaşmasında (1:2) fərqlənib.