Misli Premyer Liqasının III turunda "Qəbələ" “Araz-Naxçıvan”a 1:2 hesabı ilə məğlub olub. 

Offsideplus.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadze oyundan sonra keçirilən mətbuat konfransında məğlubiyyəti şərh edib:

“Əvvəlcə "Qarabağ"ı və keçmiş komandam "Kayrat"ı Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edirəm. Oyuna gəlincə, rəqib yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Bu mövsüm avrokuboklarda çıxış etdilər. Artıq 3-cü oyundur ki, qol vurduğumuz matçda üstünlüyü qoruyub saxlaya bilmirik. Bu, bir çox futbolçularımızın təcrübəsinin olmaması ilə əlaqədardır. Amma məndə geri çəkilmək yoxdur. Çatışmayan cəhətlərimizin üzərində çalışacağıq”.