Misli Premyer Liqasında 3-cü turun qarşılaşmaları oynanılır.
Offsideplus.az xəbər verir ki, bu günün ilk matçında "Zirə" "Kəpəz"i qəbul edib və 5:0 hesablı qələbə qazanıb.
"Zirə" ilk üç turdan sonra 7 xal yığmağı bacarıb. "Kəpəz" isə hər üç oyunda məğlub olub.
Misli Premyer Liqası, III tur
30 avqust (şənbə)
18:00. “Zirə” - “Kəpəz” 5:0 (İkinci hissə)
Qol: Qismət Alıyev, 13. İsa Cibrilla, 33. Junior Martins, 37. Y.Boqomolski, 72. Davit Volkov, 84.
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Eyyub İbrahimov, Tural Qurbanov
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Zirə İK stadionu



