Misli Premyer Liqasının debütantı "İmşili" ilk transferi gerçəkləşdirib.
Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi braziliyalı mərkəz müdafiəçisi Ronaldo Rodriges de Souzanı transfer edib.
"Kruzeyro"nun yetirməsi olan futbolçu Portuqaliyanın aşağı liqa klubları "Alverka", "Anadia"dan sonra İndoneziyanın "Borneo" klubunun şərəfini qoruyub.
"İmişli" rəhbərliyi legionerlə 1 illik müqaviləyə imza atıb.
Bundan başqa, komandanın 5 üzvü - Həzrət İsayev, Mehdi Tahirov, İdris İnqilablı, Andrey Sinenka və Vüsal Qənbərovla müqavilələrin müddəti uzadılıb.