"Zirə" UEFA Konfrans Liqasının ikinci mərhələsində "Hayduk" ilə üz-üzə gələcək.
Offsideplus.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov püşkü dəyərləndirib:
“Püşk bizə “Hayduk” komandasını rəqib elədi. Düşünürəm ki, azarkeşləri iki gərgin va maraqlı oyun gözləyir. İndi bizim üçün vacib olan oyunlara yaxşı hazırlaşmaqdır. İnşallah inanıram ki, mərhələni keçən tərəf biz olacağıq”.
Qeyd edək ki, "Zirə"nin KL-də ilk oyunu iyulun 24-də evdə, cavab görüşü iyulun 31-də səfərdə baş tutacaq.