2025-26 mövsümündən Misli Premyer Liqasında mübarizə aparacaq "Qəbələ" klubunda bu gün 5 ayrılıq yaşanıb.

Offsideplus.az xəbər verir ki, Qəbələnin eyniadlı klubu qapıçı Müşviq Nadirov, yarımmüdafiəçi Samir Həsənov, hücumçu Ruslan Voronsovla vidalaşıb. Adıçəkilən futbolçuların başa çatan müqavilələri yenilənməyib.

Bundan əlavə, yarımmüdafiəçi Oçe Oçoveçin və komandaya 2025-ci ilin əvvəlində qoşulan müdafiəçi İbrahim Ramazanovun icarə müddəti başa çatıb.