Avrokuboklara hazırlaşan "Zirə” yeni transferini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, "qartallar" "Şamaxı"nın futbolçusu Brahim Konateni heyətinə cəlb edib. Fransalı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, 29 yaşlı futbolçu karyerası ərzində ölkəsinin “Oser”, “Nor”, İspaniyanın “Fuenlabrada”, “Rayo Mayadahonda”, Litvanın “Kauno Jalgris” və İsrailin “Hapoel”(Afula) klublarında çıxış edib.