Uğurlu mövsüm keçirən "Araz-Naxçıvan" sonuncu turda "Zirə"yə minimal hesabla məğlub olub - 0:1.

Offsideplus.az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev başa çatan müqaviləsi barədə söz açıb:

"Gələcək barədə mən də heç nə bilmirəm. Danışıq olmayıb. Burada olsam da, olmasam da komandaya uğurlar arzulayıram. "Araz-Naxçıvan" mənə doğmadır".

O, Qara Qarayevin kiçik zədəsi olduğuna görə oynamadığını da bildirib.