Bu gün Misli Premyer Liqasında 2024-25 mövsümü başa çatıb. 

Offsideplus.az xəbər verir ki, MPL-nin sonuncu - XXXVI turunda "Turan Tovuz" "Kəpəz"i qəbul edib. 

Qərb derbisindən öncə Kurban Berdiyevin komandası turnir cədvəlinin 4-cü, Azər Bağırovun "Kəpəz"i isə 9-cu yerdə qərarlaşıb. 

Misli Premyer Liqası, XXXVI tur

25 may (bazar)

17:00. “Turan Tovuz” – “Kəpəz” 4:0 

Qol: Aleks Souza, 10. , 24. (2:0); Turan Manafov (avtoqol), 43. (3:0); Ayxan Hüseynov, 44. (4:0)

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev.

VAR: Əliyar Ağayev.

AVAR: Akif Əmirəli.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: İlham Əliyev.

Tovuz şəhər stadionu.