Misli Premyer Liqasında sonuncu, XXXVI turun davam etdirilib.

Offsideplus.az xəbər verir ki, günün birinci qarşılaşmasında çempionluğu vaxtından qabaq təmin edən "Qarabağ" "Şamaxı"nın qonağı olub. 

Oyun turnir cədvəli baxımından heç bir əhəmiyyət kəsb etməyib. Nəticədən asılı olmayaraq, Ağdam təmsilçisi 1-ci, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv isə 7-ci pillədə qalıb.

24 may (şənbə)

17:00. “Şamaxı” – “Qarabağ” 0:1

Emmanuel Addai, 86

Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əkbər Əhmədov.

VAR: Elçin Məsiyev.

AVAR: Pərvin Talıbov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Şamaxı şəhər stadionu