Misli Premyer Liqasının XXVIII turunda "Sumqayıt" "Sabah"ı qəbul edib.
Offsideplus.az xəbər verir ki, qonaqların baş məşqçisi Vasili Berezutski oyundan sonra mətbuat konfransında iştirak edib. O, oyunu belə şərh edib:
“Azarkeşlər üçün maraqlı oyun alındı. Rəqibdən daha yaxşı çıxış etdik. Sadəcə asan qollar buraxdıq”.
Rusiyalı çalışdırıcı “Sabah”ın tez-tez hesabı bərabərləşdirməsi haqqında bunları deyib:
“Çox asan qollar buraxdıq. Müdafiədə çox səhvlər edirik. Müdafiə üzərində çox çalışmalıyıq. Biz hər oyunda mübarizə aparacağıq. Çalışacağıq ki, hər oyundan maksimum xalları qazanaq”.