Nəriman Axundzadənin adının hallandığı "Molde" yeni hücumçu tapıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Norveç klubu qanalı 20 yaşlı futbolçu Cəlal Abdullanı heyətinə cəlb edib. Gənc hücumçu İsveçin "Elfsborq" klubundan 2025-ci il mövsümü üçün "Molde"yə icarəyə verilib. Cəlal Qananın U-20 milli komandasında çıxış edir.
O, ötən mövsüm klubu ilə 52 oyuna çıxıb, 12 qola imza atıb.
Xatırladaq ki, "Qarabağ"ın oyunçusu Nəriman Axundzadənin "Molde"yə transferi üçün klublar arasında razılıq əldə edilməmiş və keçid baş tutmamışdı.