Misli Premyer Liqasının XXVIII turunun “Turan Tovuz” - “Qarabağ” matçında azarkeş sayına görə rekord qeydə alınıb.
Offsideplus.az PFL-ə istinadən xəbər verir ki, oyunu 6500 tamaşaçı izləyib. Bu, Tovuz təmsilçisi üçün Azərbaycan çempionatlarında rekord göstərici sayılır.
"Turan-Tovuz" 2022/23 mövsümündən etibarən Premyer Liqada çıxış edir. Həmin vaxtdan indiyədək Tovuz klubunun ev matçlarında bundan çox izləyici olmayıb. Əvvəlki qarşılaşmalarda ən yüksək göstərici 6000-ə bərabər idi.
Tovuz şəhər stadionuna 6 min tamaşaçının toplaşması 3 dəfə olub: 2023-cü il oktyabrın 20-də (2:2), 2024-cü il martın 17-də (1:3) və noyabrın 1-də (0:0). Hər 3 görüş “Qarabağ”a qarşı olub.
Xatırladaq ki, dünənki oyunda "Turan Tovuz" 1:4 hesabı ilə məğlub olub.