AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Misli Premyer Liqasının XXIV turund qeydə alınnan neqativ hallar müzakirəyə çıxrılıb.
Offsideplus.az xəbər verir ki,iclasda çempionatın lideri "Qarabağ" cərimlənib.
Buna səbəb Ağdam təmsilçisinin "Sabah"la oyunda yarışın əsasnaməsini pozmasıdır. Bu fakta görə "Qarabağ" 500 manat cərimə ödəyəcək.
Bundan başqa, "Sumqayıt", "Şamaxı" və "Araz-Naxçıvan" klubları AFFA-nın büdcəsinə hərəyə 700 manat köçürməli olacaqlar. Bu komandaların futbolçuları müvafiq olaraq, "Neftçi", "Turan Tovuz" və "Səbail"lə görüşdə sarı vərəqə limitini (ən azı 4 xəbərdarlıq) keçiblər.