Azərbaycan çempionu, ölkəmizin ən titullu futbol klubu “Qarabağ” Misli Premyer Liqasında rekordunu yeniləyib.

Offsideplus.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri cari mövsümdə 60 qol vurublar. Bu nailiyyət XXIV turun “Sabah”la görüşündə (1:1) qeydə alınıb.

Ağdam təmsilçisi bundan öncə 3 dəfə belə göstəriciyə nail olub. Belə ki 2003/04, 2021/22 və 2023/24 mövsümlərində də 60 qol həddinə 24 matç ərzində çatmaq mümkün olub. Hətta ötən mövsüm "Qarabağ" 24 qarşılaşmaya 61 dəfə fərqlənib.

Bu göstəricidə rekord isə “Kəpəz”ə məxsusdur. Gəncə klubu 1995/96 mövsümündə 60 qolu cəmi 17 qarşılaşmada vurub.

Qeyd edək ki, cari mövsüm "Qarabağ"ın ən sərrast futbolçuları Leandro Andrade (9 qol), Nəriman Axundzadə (6 qol), Torlal Bayramov, Yassin Benzia və Aleksey Kaşukdur (hərəsi 5 qol).