Misli Premyer Liqasının XXIII turunda ""Neftçi"yə qarşı qırmızı vərəqə alan "Qarabağ"ın futbolçusu Kevin Medina diskvalifikasiya edilib.
Offsideplus.az xəbər verir ki, bununla bağlı qərar bu gün AFFA İntizam Komitəsinin iclasında qəbul olunub.
Kolumbiyalı müdafiəçi ölkə çempionatının növbəti 2 görüşünü buaraxacaq. Həmçinin "Qarabağ" Medinanın bu intizamsızlığına görə 1500 manat cərimələnib.
Azərbaycan derbisində ağdamlıların 4 futbolçusu sarı vərəqə aldığından, federasiyanın büdcəsinə daha 700 manat ödəmək lazım olacaq.
Qeyd edək ki, K.Medina matçın 22-ci dəqiqəsində "Neftçi"nin hücumçusu Ağadadaş Salyanski ilə mübarizədə qırmızı vərəqə qalıb. "Qarabağ"ın müdafiəçisi həmin epizodda rəqibin ayağını sındırmağa yaxın olub.