Bu gün Misli Premyer Liqasında XXIII turun son oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, günün ilk matçı Tovuz şəhər stadionunda oynanılıb. Belə ki, son vaxtlar inamlı təsir bağışlayan "Kəpəz" turnir cədvəlindəki qonşusu "Şamaxı"nı qəbul edib.
Bu görüşdə Gəncə təmsilçisi qələbə qazanacağı təqdirdə, şamaxılıları ötərək, 8-ci pilləyə yüksələcəkdi. Ancaq bərabərsəviyyəli keçən görüşdə tərəflər hərəyə 1 qol vurublar.
17 fevral
“Kəpəz” – “Şamaxı” 1:1
Rüfət Abbasov, 54 (avtoqol) - Brahim Konate, 49 (pen.)
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Elvin Bayramov
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tovuz şəhər stadionu