"Kəpəz"də növbəti ayrılıq baş verib.
Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi Redon Mihana ilə yolları ayırıb. 25 yaşlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.
"Kəpəz" albaniyalı oyunçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında ona uğurlar arzulayıb.
Qeyd edək ki, Mihana ötən ilin yayından Gəncə təmsilçisində oynayırdı.