Dünən Misli Premyer Liqasının 19-cu turunda "Sumqayıt" evdə “Səbail"i qəbul etdi.
Offsideplus.az xəbər verir ki, görüş qonaqların 2:0 hesablı məğlubiyyəti ilə başa çatdı.
Qarşılaşmada "Offside"a düşən maraqlı məqamları diqqətinizə çatdırırıq:
* Səbuhi Abdullazadə “Sumqayıt”ın heyətində 150-ci oyununu keçirirdi.
* Əlirza Müştəbazadə Premyer Liqada "Səbail"in heyətində debüt edirdi.
* Görüşün 13-cü dəqiqəsində hər iki komandanın azarkeşləri mərhum Şəhriyar Rəhimovu yad etdi: “Şəhriyar ölməyib, qəlbimizdədir.”
* “Sumqayıt”ın əsas fan klublarından olan “Kimyaçılar” tribunaya gəlməmişdi.
* Matçın 40-cı dəqiqəsində hər iki komandanın azarkeşləri birlikdə bu şuarı səsləndirdi: “Azərbaycan bir olsun, istəməyən kor olsun”.
* Oyunun 48-ci dəqiqəsində Rüfət Abdullazadə sabiq komandasını məyus etdi. Onun qolu qeyd edərkən sevinməsi diqqət çəkən məqamlardan idi.
* Matçın 79-cu dəqiqəsində fərqlənən Rüfət Abdullazadə "Səbail"in "Sumqayıt" üzərindəki 7 oyunluq qələbəsizlik seriyasına son qoydu