"Qarabağ" qış "transfer pəncərəsi"ndə 1 futbolçu ilə yolları ayıra bilər.

Offsideplus.az xəbər verir ki, söhbət Redon Cicadan gedir. Albaniyalı forvard ölkəsinin mətbuatına açıqlama verib.

"Newsport.al" saytına danışan hücumçu bunları söyləyib:

"Futbolda nəyisə əvvəlcədən söyləmək olmur. Onsuz da "Qarabağ"da az forma şansı əldə edirəm. Yanvarda komandadan ayrılsam, özüm üçün ən yaxşı seçimi edəcəm. Ola bilər ki, Albaniya Super Liqasına qayıdım. Bu məsələ tam dəqiqləşməyib. Bəzi məsələlər aydınlıq tapmalıdır".