Misli Premyer Liqasının XI turunda "Səbail" "Sumqayıt"a məğlub olub - 0:1.
Offsideplus.az xəbər verir ki, AFFA İntizam Komitəsi görüşdə baş verən hadisələrlə bağlı qərarlarını açıqlayıb.
Oyun ərzində "dənizçilər"in 4 futbolçusu sarı vərəqə ilə cəzalanıb. AFFA bu səbəbdən Bakı klubunu 700 manat cərimələyib. "Kimyaçılar"ın da eyni sayda üzvü "sarı" ilə cəzalanıb. İntizam Komitəsi "Sumqayıt"ı da 700 manat cərimələyib.