Turan Tovuz” Misli Premyer Liqasında 30-cu qələbəsini əldə edib.

Offsideplus.az-ın Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu yubiley qələbəsi 11-ci turda “qərb derbisi” çərçivəsində baş verib.

Kurban Berdiyevin komandası öz meydanında “Kəpəz”i 2:1 hesabı ilə məğlub edib. Beləliklə, Tovuz təmsilçisi 30-cu qələbəsini 83-cü oyununda qazanmış olub. Qələbələrin 16-sı evdə, 14-ü isə səfərdə baş tutub.

“Turan Tovuz” Premyer Liqadakı ilk qələbəsini 2022-ci il, avqustun 13-də “Səbail”lə səfər matçında (1:0) əldəedib.