"Zirə" 4 gün sonra "Neftçi" ilə qarşılaşacaq.
Bu matç yalnız xal mübarizəsi baxımından deyil, həm də "Neftçi"nin baş məşqçisi Roman Qriqorçukun gələcəyi üçün taleyüklü bir an ola bilər. Flaqman bu oyunda uduzsa və ya xal itirərsə, məşqçi istefa verməlidir? Yoxsa ukraynalı mütəxəssisə daha çox zaman tanımaq lazımdır? Hər iki komanda üçün kritik əhəmiyyət kəsb edən bu matç "Neftçi"nin gələcəyini müəyyən edə bilər.
Məsələ ilə bağlı Mahir Şükürova müraciət etdik. Milli komandamızın sabiq müdafiəçisi Offsideplus.az-a açıqlamasında bunları söylədi:
"Qriqorçuk niyə istefa versin? Yalnız o, istefa verməməlidir! Mən əvvəllər demişdim, yenə də söyləyirəm ki, "Neftçi" mövsümün sonunda istədiyi nəticəni təmin edə bilməyəcək. "Zirə" bu görüşdə qələbə qazanacaq. Rəşad Sadıqovun komandası "Neftçi"ni məğlub edəcək."