Misli Premyer Liqasında III turun təyinatları məlum olub.

Offsideplus.az xəbər verir ki, məlumatı PFL-in rəsmi saytı yayıb. 

"Neftçi Arena"da keçiriləcək "Neftçi" - "Sabah" matçını Tural Qurbanov idarə edəcək. Qərb derbisi isə Cavid Cəlilova tapşırılıb. 

16 avqust (cümə)

“Şamaxı” – “Qarabağ”

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Əkbər Əhmədov

VAR: Nicat İsmayıllı

AVAR: Namiq Hüseynov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Rüfət Əmirov

Şamaxı şəhər stadionu, 17:20

17 avqust (şənbə)

“Kəpəz” – “Turan Tovuz”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rauf Allahverdiyev

VAR: Rauf Cabarov

AVAR: Vüsal Məmmədov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Azər Əsgərov

Tovuz şəhər stadionu, 18:15

“Sumqayıt” – “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev

VAR: Fərid Hacıyev

AVAR: Rəhman İmami

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

M. Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:30

18 avqust (bazar)

“Zirə” – “Araz-Naxçıvan”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev

VAR: Kamal Umudlu

AVAR: Akif Əmirəli

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Zirə İdman Kompleksinin stadionu, 18:15

“Neftçi” – “Sabah”

Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Fərid Hacıyev

VAR: Əliyar Ağayev

AVAR: İnqilab Məmmədov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Emin Cəfərov

“Neftçi Arena”, 20:30