"Epizod birmənalı şəkildə sarı vərəqəlik idi".
Bu sözləri Offsideplus.az-a açıqlamasında AFFA Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədov dedi.
FİFA referisi "Turan Tovuz"- "Sumqayıt" (1:0) oyunu zamanı Kristian Da Silvanın Cordan Rezabalaya qarşı kobud oynadığı epizodu dəyərləndirdi. Mütəxəssis hakim Tural Qurbanovun səhvə yol verdiyini bildirdi:
"Turan Tovuz"un üzvü rəqibinin ayağını tapdalayır. Epizod birmənalı şəkildə sarı vərəqəlik idi. "Qırmızı"dan söhbət belə gedə bilməz".