"Sumqayıt"ın yapon futbolçusu Masaki Murata komandadan ayrılıb.

Offsideplus.az xəbər verir ki, oyunçu Danimarkanın "Vayle" klubu ilə anlaşıb.

Murata sosial şəbəkə hesabında "Sumqayıt"la vidalaşmağı da unutmayıb:

"Hər şey üçün təşəkkür edirəm. Birlikdə yaşadığımız xatirələri heç vaxt unutmayacam. Kluba, futbolçulara və azarkeşlərə gələcəkdə hər şeyin ən yaxşısını arzu edirəm. Sizi sevirəm, uşaqlar".