“Sabah”ın heyətində ölkə çempionatında 100-cü oyunumu keçirməyim məni çox sevindirdi”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında "Sabah"ın hücumçusu Coy-Lens Mikels deyib.

32 yaşlı forvard Misli Premyer Liqasında yubiley matçına çıxmasından danışıb: "Sabah" mənim sevimli klubumdur. Ona görə, bu nəticə mənim üçün çox böyük məna daşıyır. Hazırda fiziki cəhətdən istədiyim səviyyədə deyiləm. Mümkün qədər tez lazımi formamı bərpa edərək, komandama daha yaxşı kömək etmək istəyirəm”.

Qeyd edək ki, Mikels bu nəticəyə XXI tur çərçivəsində baş tutan "Kəpəz"lə görüşdə (1:0) çatıb. O, keçirdiyi 100 qarşılaşmada 47 dəfə rəqib qapılarına yol tapıb. Futbolçu bu göstəriciyə yalnız bir klubun – "Sabah"ın heyətində imza atıb.