"Neftçi" klubunun 15 ilə yaxındır ev oyunlarını keçirdiyi "Palms Sports Arena"nın ən böyük tribunasına Anatoli Banişevskinin adı verilib.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" Azərbaycan futbolunun əfsanəvi "9 nömrə"sinin adını əbədiləşdirmək üçün bu qərarı qəbul edib.

Belə ki, Banişevskinin anadan olmasının 80 illiyi münasibətilə stadionun "Cənub" tribunası artıq onun adını daşıyacaq.