"Son dəqiqələrdə fərqlənsək belə, komandanın performansından çox xoşum gəldi".
Offsideplus.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Kəpəz"i minimal hesabla məğlub etdikləri matçdan sonra deyib.
Litvalı mütəxəssis bunları da söyləyib:
"Çox yaxşı oyun alındı bu gün. Hesabı son dəqiqələrxə hesabı açsaq belə, komandamdan razı qaldım. Öndə pressinq edirdik. Əlavə də 2-3 qol vura bilərdik. Rəqibin də yaxşı oyun planı var idi. Onlar sona qədər bizi təzyiq altında saxlamağı bacardılar".
O, son iki turda minimal hesablı qələbə qazanmaqlarına da toxunub:
"Ola bilər, bu, bizim üçün həyəcan siqnalıdır. Belə olan halda daha çox işləməlisən, daha çox çalışmalısan".
Dambrauskas azarkeş məsələsinə də toxunub:
"Ardıcıl qələbələr, çox qol vurmağımıza baxmayaraq, elə bil azarkeş sayımız azalır. Bilmirəm nə ilə bağlıdır. Bəlkə də havalara görədir. Çox istərdim ki, "Qarabağ"la oyunda tribunalar dolu olsun. Daxili çempionat da vacibdir".


