"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "İmişli" ilə matçdan sonra mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis Qubadakı meydançanın durumundan şikayətlənib:
"Belə meydançada futbol oynamağa necə icazə verilə bilər, başa düşmürəm. Bir neçə gün öncə İspaniyada ot örtüyünün durumuna görə iki oyunu təxirə saldılar. Çox danışmaq istəmirəm. Bəzi iradları bildirəndə deyirlər ki, ancaq "Qarabağ"ı düşünür. Bu meydançanı görməyə nə Qurban lazımdır, nə də başqası".
O, sözlərinə belə davam edib:
"Belə meydançada "Nyukasl'la oyuna necə hazırlaşım? Gərək 3-4 futbolçuları bərpa edək. Oyunçular ikiqat yükləndilər. Meydança müzakirə olunası mövzudur. Burada təkcə biz oynamırıq. Məncə, bütün komandalar şikayət edir. Oturub gözləyirdim ki, oyun nə vaxt qurtaracaq".


