"Sabah" üçün uğurlu mövsüm keçir.
Offsideplus.az xəbər verir ki, "bayquşlar" son olaraq ötən gün "Karvan-Yevlax"ı 4:1 hesabı ilə məğlub edib.
Bu, onların Misli Premyer Liqasında 20-ci böyükhesablı qələbəsi olub.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
“Sabah” 20 və ya daha çox oyunda belə qələbə qazanan 15-ci komandadır.
Qeyd edək ki, “bayquşlar” ilk belə qələbəsini 2019-cu il sentyabrın 29-da qazanıb. Onlar “Səbail”in qapısına 3 cavabsız qol vurub


