Bu gecə UFC323 tədbiri baş tutacaq.

Offsideplus.az xəbər verir ki, döyüş gecəsində azərbaycanlı döyüşçü Nazim Sadıxov da oktaqona çıxacaq.

Onun rəqibi Fares Ziam olacaq.

Nazim son olaraq Bakıda döyüşüb. O, Nikolas Mottanı məğlub edib. 

O, 13 MMA döyüşündə 11 qələbə qazanıb.

UFC323-də iki kəmər döyüşü də baş tutacaq. 

Merab Dvalişvili cari ildə 4-cü dəfə kəmərini müdafiə edəcək. O, Petr Yanla üz-üzə gələcək.

Bu, onların arasındakı ikinci döyüş olacaq. Merab ilk döyüşdə rəqibini məğlub etməyi bacarmışdı.

Aleşandri Pantoja isə Coşua Vanla döyüşdə kəmərini müdafiə etməyə çalışacaq.