Azərbaycanın cüdo üzrə milli komandasının dünya çempionatı üçün heyət açıqlanıb.

Offsideplus.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda ölkəmizi 10 çəki dərəcəsində 13 idmançı (9 kişi, 4 qadın) təmsil edəcək.

Qarşıdakı mötəbər turnirə olimpiya çempionu Hidayət Heydərov da aparılacaq. Bu, Paris Olimpiadasından sonra cüdoçumuz ilk yarışı olacaq. O, ötən ay zədə səbəbindən Avropa çempionatını buraxıb.

Dünya çempionatında milli komandamızın üzvləri performans direktoru, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi ilə tatamiyə çıxacaqlar. 

Yarış 13-20 iyun aralığında Macarıstan paytaxtı Budapeştdə yerləşən "Laslo Papp" İdman Arenasında keçiriləcək.

Kişilər 

60 kq

Əhməd Yusifov 

66 kq

Ruslan Paşayev 

73 kq

Hidayət Heydərov 

Rəşid Məmmədəliyev 

81 kq

Zelim Tçkayev

90 kq

Elcan Hacıyev 

Vüqar Talıbov

100 kq 

Zelim Kotsoyev 

+100 kq

Uşanqi Kokauri 

Qadınlar

48 kq

Leyla Əliyeva 

Könül Əliyeva 

52 kq

Gültac Məmmədəliyeva 

57 kq 

Fidan Əlizadə 

Qarışıq komanda yarışı 

70 kq

Aytac Qardaşxanlı 

Günel Həsənli