Azərbaycanlı MMA döyüşçüsü Alim Nəbiyev "VFL 1" turniri çərçivəsində növbəti döyüşünə çıxacaq.
Offsideplus.az xəbər verir ki, onun rəqibi "Blood Diamond" ləqəbli Mike Mathetha olacaq.
Döyüş sentyabrın 12-də BƏƏ-nin paytaxtı Dubayda baş tutacaq və gecənin ikinci əsas döyüşü (co-main event) olacaq.
31 yaşlı Alim peşəkar MMA-də 3 döyüş keçirib və hamısında qələbə qazanmağı bacarıb. O, 2 dəfə nokautla, bir dəfə isə hakim qərarı ilə qələbəyə sevinib.
Turnirin detalları:
-
Turnir: VFL 1 (Peşəkar MMA)
-
Məkan: Dubay, BƏƏ
-
Tarix: 12 sentyabr 2026-cı il


