UFC-nin tanınmış döyüşçüsü Şon Striklend ABŞ-da oliqarxların təsirindən narahatlığını ifadə edib. O, ölkənin hazırkı siyasi və iqtisadi vəziyyətini kəskin tənqid edib.
Offsideplus.az xəbər verir ki, Striklend sosial şəbəkədə yazıb: "Amerika oliqarxlarla yoluxub, onlar plutokratiya arxasında gizlənir. Yaxın Şərqdə müharibələr, səhiyyə, İran – bütün bunlar gizli oliqarxların işidir. Əslində isə bu, kapitalizm deyil və bizim atalarımız belə bir şeyi dəstəkləməzdi. Onlar bunu qəbul etməzdi". Striklend əlavə edib: "Əgər döyüşlər olmasaydı, bəlkə də seriyalı qatil olardım".


