Magomed Ankalaev, keçmiş UFC yüngül ağır çəki çempionu, ağır çəkiyə keçid etməyi planlaşdırır. Bu barədə onun komanda yoldaşı Rizvan Kuniev məlumat verib.
Offsideplus.az xəbər verir ki, Kuniev, Tom Aspinalla qarşı döyüşə hazırlaşmaq üçün Magomed Ankalaev və Arslan Bilalov ilə işləməyi tövsiyə edib. Kuniev bildirib ki, Ankalaevin boyu və qol uzunluğu ağır çəki üçün kifayət qədərdir və o, bu keçidi özünə inamla edə bilər. Lakin əvvəlcə yüngül ağır çəkidə bəzi məsələləri həll etmək istəyir. Ankalaev, 25 iyulda Abu Dabidə keçiriləcək UFC Fight Night 282 turnirində Boqdan Quskov ilə qarşılaşacaq.


